Join Last.fm or log in to leave a shout.
-
kartonziya
GETMƏK İSTƏYİRSƏN, BƏHANƏSİZ GET Getmək istəyirsən, bəhanəsiz get, oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışın ögey, gedirsən səsin də yad olsun, barı. Sən dəniz qoynuna tullanmış çiçək, üstünə dalğalar atılacaqdır. Saxta məhəbbətin saxta sənəd tək nə vaxtsa üstündə tutulacaqdır. Demirəm, sən uca bir dağsan, deyil demirəm, əlacım qalıbdır sənə. Nə səndə məhəbbət qara pul deyil, nə mən dilənçiyəm, əl açım sənə. Döşənim yollar tək ayaqlarına, sənə yalvarım mən, bu mümkün deyil. Qoymaram qəlbim tək vüqarım sına, alçalıb yaşamaq ömür-gün deyil. Getmək istəyirsən, o yol, o da sən, bir cüt göz baxacaq arxanca sənin. Getdinmi, geriyə dönmək istəsən, tikanlı yastığa dönəcək yerin. Getmək istəyirsən nə danış nə din Yox ol uzağlartək dumanda çəndə Nəyimi sevmişdin deyə bilmədin İndisə yüz eyib görürsən məndə Getmək istəyirsən, bəhanəsiz get, oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışın ögey, gedirsən səsin də yad olsun, barı. ... Nüsrət Kəsəmənli
Actions